vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
17:27 | 29 aprel 2017 | Şənbə Məqaləyə 1410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə «Wikipedia»ya giriş bağlandı

İddiaya görə portalda terrora dəstək yazıları gedirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə xəbər verir ki, «Wikipedia»nın bağlanmasının səbəbləri məlum olub.

Bildirilir ki, «Wikipedia» ilə bir müddət idi Türkiyənin aidiyyəti qurumları yazışma aparırdılar. İddiaya görə, terrora dəstək verən yazılar, Türkiyəni terrorla eyni müstəvidə və terrorçularla işbirliyində göstərməyə çalışan davranış səbəbiylə sayta xəbərdarlıqlar edildiyi halda «Wikipedia» cavab verməyib. Bu cür qeydləri silmək əvəzinə, əksinə saytda saxlayıb. 


***


10:57

Dünyanın ən böyük internet ensiklopediyası «Wikipedia»ya Türkiyədən daxil olmaq əngəllənib.

«Hürriyet» xəbər verir ki, səlahiyyətlilər Vikipediyaya girişin bağlanmasıyla bağlı hələ heç bir açılama vermir. Bu olay isə qardaş ölkənin sosial şəbəkə istifadəçilərinin ciddi müzakirəsinə səbəb olub.

Dünyanın ən böyük internet ensiklopediyasına girişin Türkiyədə bağlanması hər kəsin beynində müxtəlif sual işarələri yaradıb.

Təhməz Təkin