vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
15:43 | 30 aprel 2017 | Bazar Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nə az, nə çox - 36 pillə

Azərbaycan Ermənistanı yenə qabaqladı, ən güclü orduların siyahısı açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Silahlı Qüvvələri «dünyanın ən güclü ordusu» reytinqində 59-cu yeri tutub. Virtualaz.org Global Firepower təşkilatının elektron səhifəsinə istinadən bildirir ki, qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və İtaliya.

Son yerlərdə Namibiya, Somali və Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələri qərarlaşıb.

«Global Firepower Index» reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan 60-cı yeri tutmuş və 94-cü yerdə qərarlaşmış Ermənistanı 34 pillə qabaqlamışdı.