vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
14:55 | 2 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1428 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbriz Traktorqayırma Şirkəti bağlandı!

Güney Azərbaycanda işsizlik kütləvi sürətdə artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbriz Traktorqayırma Şirkətinin iflasa uğradığı bildirilir.

Bu barədə Millət Yatırım Şirkətinin icraçı direktoru Söhrab Rəstə bəyanat yayaraq Təbriz Trakturqayırma Şirkətinin (İran Traktorqayırma Şirkəti) iflasa uğradığını elan edib. «Şirkət, Təbriz Məhkəməsinin 7 və 11-ci Şöbələrinin çıxardığı hökmə əsasən müflis elan edilib», - deyə şirkətin son vəziyyəti barədə açıqlanan bəyanatda qeyd olunub.

Bəyanata əsasən sözügedən şirkət 13 gün öncə iflasa uğradığını elan edib.

Söhrab Rəstənin sözlərinə görə, artıq şirkət Təbriz Hesablaşma və İflas İşləri üzrə Qurumun nəzarəti altındadır.

Hələlik Təbriz Traktorqayırma Şirkətinin rəsmi məsulları yayılan xəbərə heç bir reaksiya verməyiblər.

Qeyd edək ki, sözügedən şirkətin əsas səhmdarı İslam İnqilabı Keşikçilər Korpusu («Sepah») və İran İqtisadiyyatı Mehr Yatırım Şirkətidir.