vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
15:46 | 2 may 2017 | Çərşənbə axşamı Məqaləyə 305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Rusiyanın təkbaşına vasitəçiliyini qəbul etmir

«Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil»

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında maraqlı açıqlama verib. İranlı diplomatın bu mövzuda hər cümləsi xüsusi mesaj əhəmiyyəti daşıyır. Bəhram Qasiminin bu cümlələri ona görə analiz edilməlidir ki, o bu fikirləri ilə Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını ortaya qoyur.

Birinci cümlə: «Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır».

İkinci cümlə: «Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın».

Üçüncü cümlə: «Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil».

Dördüncü cümlə: «Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür».

Beşinci cümlə: «Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq».

İranlı diplomatın sonuncu cümləsindəki «xalqın rolu» ifadəsi diqqəti çəkir. Söhbət hansı xalqdan gedir? Bu cümlədən aydınlaşdırmaq çətindir ki, iranlı diplomat Azərbaycan xalqının rəyini nəzərdə tutur, yoxsa Dağlıq Qarabağda yaşayan ermənilərin. Çünki iranlı diplomat bu cümlədə «xalqlar» ifadəsini cəm halında işlətmir, ancaq bir xalqdan söhbət getdiyinə işarə edir. Əgər İran Xarici İşlər Nazirliyinin sözçüsü «böhranın həllində xalqın rolu vacibdir» deyərkən Azərbaycan xalqının mövqeyini nəzərdə tutursa, bu halda Azərbaycan cəmiyyəti məsələyə münasibəti həllidir: İşğal altındakı torpaqlar istənilən yolla azad olunmalıdır! Əgər iranlı diplomat Dağlıq Qarabağda yaşayan erməniləri nəzərdə tutursa, onlar separatçı liderlərinin təzyiqi altındadırlar və indiki durumun davam etməsini istəyirlər. Yəni ortada bir-birinə zidd iki xalq mövqeyi var və elə buna görə də münaqişənin həlli uzanır.

İranlı diplomatın «çoxlu faktorlar biləşməlidir ki, münaqişə həll olunsun» və «münaqişənin həlli bütün amillərin həmrəyliyi ilə mümkündür» fikirləri də maraqlıdır. Söhbət hansı çoxlu faktorların birləşməsindən və həmrəylikdən gedir? Azərbaycan üçün əsas faktor ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və məcburi köçkünlərin geri qayıtmasıdır, Ermənistan hakimiyyəti üçün tam tərsinə - statusu müəyyənləşdirən referendumun keçiriilməsidir. Bu iki yanaşma da eyni sənəddə əks oluna bilmir. Elə buna görədir ki, Minsk Qrupu həmsədrləri 20 ildən çoxdur bu iki ziddiyətli prinsipi vahid sənədə daxil edə bilmirlər və danışıqlar nəticə vermir. Buna baxmayaraq, iranlı diplomat bütün ziddiyətli «faktorların» hamısının nəzərə alınması vacibliyini bildirir. Bu isə mümkün deyil.

İranlı diplomatın «bu böhranı bir şəxs və ya bir ölkə həll edə bilməz» fikri isə böyük ehtimalla Rusiyaya aiddir. Çünki, son illərdə iki həmsədr dövlət - Fransa və ABŞ faktiki Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmurlar. Münaqişənin həllindəki əsas vasitəçi dövlət Rusiyadır. Son illərdə prezidentlərin və xarici işlər nazirlərini görüşləri məhz Rusiya ərazisində keçirilir. Ona görə də iranlı diplomat «bir ölkə» deyərkən böyük ehtimalla Rusiyanı nəzərdə tutub. Bu o deməkdir ki, Tehran Rusiyanın təkbaşına vasitəçiliyinə qısqanc yanaşır, Kremin İranın da bölgədəki maraqlarının nəzərə almasını istəyir.

Maraqlı sitiuasiya yaranır. Tehranla Moskva Suriya məsələsində və ABŞ-ın qarşı müqavimətdə müttəfiqdirlər. Ancaq Qarabağ məsələsinin həllində Tehran Moskva ilə fikir ayrılığına malikdir. İranın iki qonşusu – Azərbaycan və Ermənistanla sıx əlaqələri var. Ona görə də Tehran arzu edir ki, Bakı, İrəvan və Moskva Qarabağ danışıqlarında İranın da regional oyunçu statusunu nəzərə alsınlar.

Bakı, İrəvan və Moskva İranla əməkdaşlıqda maraqlıdırlar, ancaq hər 3 ölkə İranın Qarabağ münaqişəsinin həllindəki vasitəçilik təşəbbüslərinə ehtiyatla yanaşır. Hər 3 ölkənin öz arqumentləri var.

Rusiyanın arqumenti budur ki, Cənubi Qafqazdakı maraqları ona imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində başqa ölkə ilə məsləhətləşməsin və bu mənada Kremlin bu mövzuda Tehranla dialoquna ehtiyacı yoxdur.

Ermənistanın arqumenti budur ki, Tehran İrəvanla sıx əlaqələrə malik olsa da, Ermənistan hakimiyyəti İranın Qarabağ münaqişəsinin həllindəki fəallığına şübhəylə yanaşır, qorxur ki, İran son anda müsəlman qonşusunun tərəfini tuta bilər. İrəvan eyni zamanda İranda yaşayan azərbaycanlıların Tehranın Qarabağ siyasətinə təsir imkanlarından çəkinir.

Azərbaycanın arqumenti isə budur ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanla şübhəli əlaqələrə malikdir, bu ölkə ilə ortaq layihələr həyata keçirir və Tehran birmənalı olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini səsləndirmir.

Bu arqumentlər ondan xəbər verir ki, İranın Cənubi Qafqaz siyasətində suallar çoxdur və heç bir qonşusu ona sona qədər etibar etmir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)