vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
21:25 | 3 may 2017 | Çərşənbə Məqaləyə 1633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən diriyəm»

Urmiya gölü ilə bağlı fotosərgi təşkil olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiyə şəhərində Urmu gölü mövzusunda «Mən diriyəm» adlı fotosərgi təşkil olunub. Sərgidə Cavad Purməhəmmədin hazırladığı müxtəlif fotolar nümayiş olunur.

«Gölün kənarındakı müalicəvi palçıq, suyu qurumuş yerlər və ümumiyyətlə Urmu gölü ilə bağlı 55 görüntü sərgilənəcək. Fotoların 19-u ötən həftələrdə havadan çəkilmiş görüntülərdir və gölün müxtəlif yerlərini əks etdirir»- deyə Cavad Pursəməd mayın 2-də fotosərgi ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, fotosərgiyə «Mən diriyəm» adının verilməsi Urmu gölündə həyatın yenidən canlanması ilə əlaqədardır.

«Sərginin keçirilməsində əsas məqsəd Urmu gölü mövzusunda kitab nəşr etməkdir. Fotosərginin keçirilməsi mühümdür, lakin onun təsiri qısamüddətlidir. Uzunmüddətli təsir buraxmaq üçün əldə edilən görüntülər kitab şəklində nəşr olunmalıdır»- deyə Cavad Pursəməd əlavə edib.

«Mən diriyəm» Fotosərgisi Urmiyənin Milan Qalereya Mərkəzində (Nigarxana) keçirilir. Mayın 12-dək davam edəcək sərgi yerli vaxtla saat 17-dən 22-dək hər kəs üçün açıqdır.