vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:39 | 4 may 2017 | Cümə axşamı Məqaləyə 1424 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kömür mədəni faciəsinin miqyası böyüyür

İranın daş kömür mədənində baş verən partlayışda ölənlərin sayı 35 nəfərə çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 3-ü günorta saat 12 radələrində İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin «Yurt» daş kömür qış mədənində baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə İranın əmək naziri Əli Rəbii mayın 3-də jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir bildirib ki, 21 mədənçinin cənazəsi artıq şaxtadan çıxarılıb və digər cənazələrin dağıntılar altından tapılıb çıxarılması üçün aparılan əməliyyatlar davam edir: «Təəssüflər olsun ki, partlayışdan sonra mədən içində itkin düşən və ya ilişib qalan fəhlələrin hamısı həyatını itirib. Hadisə, 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa isə metan qazının sızması və qığılcım səbəb olub. Belə ki, daş kömürü daşıyan lokomotivin batareyası (batrisi) qurtarıb. Fəhlələr isə yeni batareya quraşdırmaq əvəzinə səhvə yol veriblər. Digər bir batareya vasitəsilə, yəni «batareya-batareya» üsulu ilə lokomotivi yenidən işə salmağa və yaranmış problemi aradan qaldırmağa cəhd göstəriblər. Bunun nəticəsində isə saçan bir qığılcım güclü partlayışa səbəb olub.

Partlayışda isə ölənlərin 9-u podratçı (peymankar), 26-sı isə mədən fəhləsidir. Hadisə nəticəsində onlarla insan da yaralanıb və xəstəxanalara yerləşdirilib. Olayın təfərrüatını araşdırmaq üçün komitə yaradılıb».

İran rəsmiləri hadisə zamanı mədəndə 80 nəfərin olması ilə bağlı yaydıqları əvvəlki xəbəri təkzib ediblər.