vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
10:50 | 3 yanvar 2014 | Cümə Məqaləyə 2690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Osman Gündüzdən etiraz

QHT rəhbəri Tarif Şurasının telefon qiymətlərinin bahalaşdırmasından narazıdır

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan İnternet Forumunun prezidenti, «Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Facebook səhifəsində etiraz yazısı paylaşıb. QHT rəhbəri şəhərdaxili telefon xidmətlərində abunəhaqları qiymətlərinin qaldırılmasından narazılığını dilə gətirib.

«Adambaşına az qala 2 mobil telefon nömrəsi düşdüyü bir vaxtda, mobil rabitənin ölkənin 99.9 faizini əhatə etdiyi bir vaxtda, mobil danışıq tariflərinin şəhərlərarası mövcud danışıq tariflərindən aşağı olduğu və nəhayət gündəlik həyatımızda artıq ev (stasionar) telefonlarını unutduğumuz bir zamanda onun aylıq abunə tariflərini 25 faiz qaldıraraq 2 manat 50 qəpik etmək, indiki halda telefon çəkilişini də 30 manat etmək görəsən hansı məntiqə əsaslanıb?
Ötən ilin sonunda Tarif Şurası elə də nəzərə çarpmayan və real vəziyyətə ciddi təsir etməyən dəyişikliklər etdi, bəzi tarifləri endirdi.
Amma həm keyfiyyətli İnternet infrastrukturun formalaşmasının qarşısını alan və həm də uzun illərdən bəri formalaşmış stasionar şəbəkədən effektiv istifadənin qarşısını alan mövcud tariflər hələlik qalır.
Birbaşa İnternet bağlantı xəttinə görə hər 1 km məsafə üçün aylıq 100 manat tarif, şəhərdaxili rəqəmsal xətlərin qoşulması və aylıq istifadəsi üçün ifrat yüksək tariflərin, İSP-lərin istifadə etdiyi xətlər və avadanlıqlar üçün, stasionar telefonlarla bağlı mövcud qarmaqarışıq və hədsiz yüksək tariflərin nə üçün indiyədək saxlanıldığı anlaşılmazdır. 
Məncə bu sahədə ciddi qiymət islahatları aparılmalıdır və 2009-cu ildə İnternet qiymətlərində olan ciddi qiymət endiriminin bu sahəyə də tətbiq edilməsi doğru olardı. 
Və bunun ardınca da fikrimcə həm ev (stasionar) və həm də mobil telefon danışıqlarının , İnternetin , o cümlədən Mobil İnternetin tariflərinin endirilməsinə, Provayderlər tərəfindən istifadəçilərin «çəkidə» aldadılmasının qarşısının alınmasına diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki hazırda bizim cəmi bir neçə Mb/san üçün ödədiyimiz 10-15 manata qonşu ölkələrdə 50 Mb/san əldə etmək mümkündür.
Cari ildən həm də 105 milyon manatlıq «Hər evə optika» Layihəsinə start veriləcək, şəhərdə hər bir binaya, hər bir kəndə fiber-optik xətlərin çəkilməsinə başlanacaq. Dövlətə məxsus yeni bir fiber-optik infrastruktur formalaşacaq. Bu infrastrukturdan effektiv istifadə üçün həm əlverişli tarif siyasəti və həm də liberal və effektiv qaydalar hazırlanmalıdır”.
Xatırladaq ki, Tarif Şurasının bahalaşma qərarı dekabrın 2-də verilsə də, rabitə qiymətləri ilə bağlı müddəa ilin əvvəlindən qüvvəyə minib.