vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
23:38 | 4 may 2017 | Cümə axşamı Məqaləyə 2187 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krıma gedəni it də qapar

Zaxarovanın xəstəxanaya düşən qızı üçün dərman və benzin tapılmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın 6 yaşlı qızı Maryana ilə bağlı baş verənlərin təfərrüatları məlum olub.

Virtualaz.org «Ekpress-Qazeta»ya istinadən xəbər verir ki, hadisə mayın 4-də səhər saatlarında Krımda baş verib. Mariya Zaxarovanın Sevastopol şəhərində keçiriləcək mətbuat konfransı iki saata yaxın gecikib. Buna səbəb isə onunla birlikdə Krıma gəlmiş 6 yaşlı qızının başına gələnlər olub.

Uşağı it dişlədikdən sonra o, təcili olaraq 5 saylı Sevastopol şəhər xəstəxanasına çatdırılıb. Yerli KİV bildirir ki, xəstəxanada belə hallarda lazım olan dərman preparatları tapılmayıb. Uşağı başqa xəstəxanaya aparmaq barədə qərar qəbul edilsə də, xidməti maşında benzin olmayıb.

Mariya Zaxarovanın qızını harada müalicə etdirəcəyi ilə bağlı son qərarı vermədiyi bildirilir.