vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
QƏZA, FACİƏ  
09:57 | 3 yanvar 2014 | Cümə Məqaləyə 2936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 yanvar gecəsində 4 yanğın

3 yanğının qarşısı alınsa da, 1 ev tamamilə yanıb

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, yanvarın 3-ü gecə saatlarında ölkə ərazisində 4 yanğın hadisəsi baş verib.

Belə ki, Xaçmaz rayonu, Qusarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan taxta sexinin içərisinə yığılmış yonqar və taxta qırıntıları 4 kv.m sahədə yanıb. Sex mühafizə olunub və yanğının saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mingəçevir şəhərində isə ümumi sahəsi 170 kv. m. olan 4 otaqlı evin zirzəmisində yanğın yaranıb. Taxta qırıntıları  və zirzəminin tavanının yanar konstruksiyaları 70 kv.m sahəni külə döndərib. Yanğınsöndürənlər evin qalan hissəsini xilas edib. Alov saat 03:25-də söndürülüb.
Saatlı rayonu, Qaracalar kəndində (rayon mərkəzindən 6 km aralı) "Azenerjı" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanıb. Saat 04:22-də yanğının qarşısı tamamilə alınıb.
Yevlax şəhərində taxta konstruksiyadan ibarət, ümumi sahəsi 70 kv.m olan 2 otaqlı ev tamamilə yanıb. Yanğınsöndürənlər saat 06:47-də alovun digər tikililərə keçməsinin qarşısını alıb.