vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:19 | 5 may 2017 | Cümə Məqaləyə 2132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı üç gün dünynanın mərkəzi olacaq

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda «Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar» mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söyləyib.

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni mərasimdə çıxış ediblər.

Daha sonra BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə baş katibi Xose Qraziano da Silvanın müraciətini Kabinet rəhbəri Mario Lubetkin oxuyub.


***


Sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verilib.