vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
18:10 | 8 may 2017 | Bazar ertəsi Məqaləyə 3141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əks-kəşfiyyat işləri başlı-başına qalıb»

İlham İsmayıl: «Naxçıvandan-Qazaxadək böyük bir xəttdə tamamilə yerləri dəyişdirilməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanıın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin birgə bəyanatında bildirilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbçi və mülki şəxs tutulub. Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb. «Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər», bəyanatda deyilir.

«Azərbaycanın Ermənistana, Ermənistanın isə Azərbaycan qarşı kəşfiyyat, əks-kəşfiyyat tədbirləri gözləniləndir və qeyri-adi bir iş deyi. Burada qeyri-adi hal hadisənin kütləvi hal almasıdır». Bu barədə Azərbaycanın xüsusi xidmət orqanlarının keçmiş polkovnik-leytenantı İlham İsmayıl Azərbaycanda bir qrup hərbçi və mülki şəxsin Ermənistanın xeyrinə casusluqda günahlandırılması ilə bağlı rəsmi qurumların dünən yaydığı bəyanat barədə Amerikanın Səsinə müsahibəsində bildirib.

«Bu işdə cəlb olunanların sayı həddən şoxdur. Mən bildiyimə görə, təxminən 40 nəfərdən çoxdur. Siz təsəvvür edin ki, bu sahə nə qədər başlı-başına buraxıla bilər ki, 40 nəfər adam cəlb oluna və ermənilər açıq şəkildə kəşfiyyat, kəşfiyyat xarakterli işlərlə məşğul ola bilsinlər. Onlar əvvəlcə maddi əsasla, sonra o maddi əsası kompromat materiala çevirməklə (maddi əsasları videoya çəkib kompromat material kimi istifadə etməklə, hədə-qorxu ilə) öz işlərində istifadə ediblər», ekspert qeyd edib.

Onun fikrincə, istifadə olunma hələ informasiya xarakterlidir.

«Gələcəkdə kəşfiyyat materiallarının təxribata çevirmək məqsədləri durur. Təxribat məsələləri olanda bunlar bu məlumatlardan istifadə edəcəkdi».

Keçmiş polkovnik-leytenan təəssüflə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin adını çəkir.

«Çox təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə bütün strukurlar məhv olunduğu kimi, bu idarələr də məhv olub. Hərbi hissələrlə korrupsiya əlaqələrinə giriblər. Hərbi hissələrdə nəinki kəşfiyyata qarşı, hətta hərbi hissələrdəki neqativ hallara da göz yumublar. Paket qəbul ediblər və nəticədə əks-kəşfiyyat işləri başlı-başına qalıb. Başlı-başına qaldığına görə də gəlib çoxsaylı cəlbetmələrə səbəb olub. Bu mənada təəccübləndirci odur», o qeyd edib.

Ekspert deyib ki, hərbi əks-kəşfiyyat işlərini həyata keçirmək də asanlıqla olmur.

«Uzun müddət tələb edən məsələdir. Amma, bu gün çox sürətli addımlar atmaq olar. Nə etmək olar? Bütün cəbhə xəttindəki zabit, gizir heyətiini, maaş alan şəxslərin, hətta bəzi əsgərlərin də, Naxçıvandan-Qazaxadək böyük bir xəttdə tamamilə yerləri dəyişdirilməlidir. Arxa cəbhələrə keçirmək məsələləri var. Ön cəbhəyə tamamilə yeni adamlar göndərilməlidir. Hərbi əks-kəşfiyyat öz işini yenidən qurub, əməliyyat şəraitinə nəzarət etməlidir», cənab İsmayıl qeyd edib.

Ekspert hesab edir ki, mülki şəxslərin cəlb edilməsi gələcəkdə mülki obyektlərdə diversiya yaradılması, partlayış törədilməsi, əhali arasında panika yaradılması üçün istifadə məqsədi daşıyır.

«Bunlar əvvəlcə başa düşmədən pulun xatirinə cəlb olunurlar, sonra vətən xaininə çevrilirlər,» o, mülki şəxslərin cəlb olunmasına belə münasibət bildirib.

Ekspert hesab edir ki, orduda əks-kəşfiyyat işini görə bilən yeni rəhbərlik və kadr heyəti gətirilməlidir.

«Gecə-gündüz əməliyyat-informasiya mənbələrini əldə edib, informasiyalar toplamaq lazımdır. Həm erməni kəşfiyyatına, həm də arxada olan neqativ proseslərə qarşı bu məlumatlardan istifadə etmək lazımdır. Çünki neqativ hallardan düşmən bəzən komromat material kimi istifadə edib insanları qarmağa çevirir və perspektiv təxribatlara yol aça bilir», cənab İsmayıl hesab edir.

O, bu istiqamətdə artıq işlərin görüldüyüni bildirib.

«İnanıram, bu sahədə işlər görülür. Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbərliyi bu məsələni çox ciddi şəkildə önə çəkib», ekspert qeyd edib.