vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
22:59 | 8 may 2017 | Bazar ertəsi Məqaləyə 1295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yoxsa ölülər gələcək dalınca...»

Xalq şairi Telman İsmayılova şer yazdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi hazırda müflis vəziyyətdə olan və 1.5 milyard dollara yaxın borcu yaranan azərbaycanlı oliqarx Telman İsmayılov azı 8 sifarişli qətldə şübhəli hesab edilir. Rusiya mətbuatının yazdığına görə, T.İsmayılov 2000-2016-cı illər ərzində törədilmiş sifarişli qətllər üzrə aparılan istintaqda fiqurantdır. İstintaqa Telman İsmayılovun əleyhinə ifadəni İsmayılovlar ailəsinə mənsub olan Harri Belotserkovski verib. Bildirib ki, Telman İsmayılov və qardaşı Rafiq İsmayılov dəfələrlə onun yanında «Koptevsk» cinayətkar qruplaşmasının lideri Andrey Lobanovun öldürülməsi planını müzakirə ediblər. Göstərilən dövr ərzində bu qruplaşmanın çoxsaylı üzvləri öldürülüb, onların nəzarətindəki ticarət obyektləri və bazarlar İsmayılovlar klanının nəzarətinə keçib.

Virtualaz.org xəbər verir ki, Mordoviya muxtar respublikasının xalq şairi Petenka Rukastıy Telman İsmayılovun çoxsaylı sifarişli qətllərdə ittiham olunmasına şer həsr edib. Şer «Qanlı sərvət haqqında» adlanır. Həmin şerin məzmunu təqdim edirik. Redaksiyamızın bədii tərcümə imkanları məhduddur və yəqin ki, oxucular şerin azərbaycancaya tərcüməsinin bədii baxımdan yüksək səviyyədə olmamasını anlayışla qarşılayarlar:


Hardandır səndə bu «oduncuqlar», mosye İsmayılov?

Qorxunc deyilmi jileti qanla doldurmaq?

Gecələr yuxuna təzə qəbirlər girmir?

Türkiyədəki oteldə skeletlər dolaşmır? 


Susur. Yoxa çıxıb.

Kupyurları sayır,

Pis tüpürcəyi qızılın üstünə axır...

Cəhənnəmdə artıq prosedurları yazıblar,

Onunla görüşə Şeytan özü hazırlaşır. 


Sağlığında burjuyun xirtəyindən yapışacaqlarmı?

Sual maraqlıdır, şans böyük deyil.

Ölkəni talayıblar, və heç kimin tükü tərpənmir,

Hətta xalq zorakılığa vərdiş edib.


Varlı boşboğaz jurnalisti deşir,

Və yumruqla sifətini dağıdır,

Polis utancaqcasına gözlərini yana çevirir,

Boşboğaz axı sayılıb-seçiləndir, atasına görə dantistdir. 


Bizə  öz «çerkizonlarımı» da bəs edər,

Kimlərinsə qanı üzərində saraylar ucalır.



Etiraf edin, yexidnalar!

Sizin yeriniz türmədir!

Yoxsa dalınızca ölülər gələcək.