vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
12:14 | 11 may 2017 | Cümə axşamı Məqaləyə 1970 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avetisyan initihar edib?

Tualetdə ölən əsgərə görə 5 hərbçi həbs olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan ordusunun əsgəri, bu il aprelin 25-də təmas xəttinin Talış kəndi istiqamətində yerləşən mövqelərindən birində tabeçiliyində olan pulemyotla özünü güllələyib intihar etdiyi deyilən Karen Avetisyan əslində öldürülüb. Virtualaz.org xəbər verir ki, bu haqda «Qraparak» qəzeti İrəvan sakini olan əsgərin qohumlarına istinadən yazır.

Bundan əvvəl Ermənistan İstintaq Komitəsi əsgərin səhər saat 5 radələrində pulemyotdan çənəsinə atəş açaraq intihar etdiyini açıqlamışdı. Lakin qohumları bu versiyanı rədd edib. «Birincisi, o, aprelin 26-nı gözləyirdi, həmin gün ata-anası Qarabağa gedib Karenin yanında bir gün qalacaqdılar. O, valideyinlərini səbrsizliklə gözlədiyi halda niyə intihar etməliydi? İkincisi, güllə onun sağ qulağının aşağı hissəsindən dəyib alnından çıxıb. İntihar edən özünə belə atəş aça bilməz. Nəhayət guya pulemyotu qulağına dirəyib və yandan dəyib alnından çıxan cəmi bir güllə atıb? Tamamilə aydındır ki, Kareni güllələyiblər», - qəzet yazır.