vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
19:58 | 14 may 2017 | Bazar Məqaləyə 3130 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pensiyalar təhlükədə

Qazaxıstan Azərbaycan Beynəlxalq Bankında 220 milyon dollar itirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ölkəsinin təqaüdçülərinin taleyinə görə narahatdır, hansılar ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) rastlaşdığı iqtisadi problemlər üzündən zərər çəkə bilərlər.

Virtualaz.org bildirir ki, bu barədə o, özünün «Facebook» səhifəsində yazıb.

Rahim Oşakbayevin sözlərinə görə, Qazaxıstanın «Vahid təqaüd yığım fondu» (VTYF) Səhmdar Cəmiyyəti Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə 70 milyarddan çox təngə (220 milyon dollar) sərmayə qoyub.

«VTYF aktivlərinin 71,3 milyard təngəsi problemli olmuş Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə qoyulub (VTYF-nin investisiya portfeli haqqında 01 may 2017-ci il tarixinə olan haqq-hesabdan belə görünür). Azərbaycan Beynəlxalq Bankı xarici kreditorlardan cəlb edilmiş valyuta öhdəliklərinin icrasını dayandırıb. Beləliklə, pensiya aktivlərinin tamlığının əhəmiyyətli riskləri yarana bilər», - Oşakbaev yazıb.

«Suallar yaranır ki, vətəndaşların pensiya yığımlarının yüksək riskli aktivlərdə («Moody's»un qiymətləndirmələrində ABB-nin kredit reytinqi B1 səviyyəsindədir) yerləşdirməsi və saxlanması haqqında qərarı kim və necə qəbul edib. Görünür, pensiya aktivlərinin səmərəsiz idarə edilməsi problemi ictimai müzakirə mövzusu olmalıdır», - ekspert əlavə edib.