vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
23:12 | 14 may 2017 | Bazar Məqaləyə 2305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan əsgəri erməni nazirin sözünü ağzında qoydu

«Danışıqların alternativi yoxdur» deyən Nalbandyana alternativi göstərdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunda Ermənistana və Azərbaycana səfər edəcəklər. Həmin səfərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

Virtualaz.org «Novosti Armeniya»ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

«İyunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regional səfəri gözlənilir. Bundan sonra, əgər lazım olacaqsa, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilə bilər», - deyə E.Nalbandyan bildirib.

«Danışıqların alternativi yoxdur. Onları davam etdirmək lazımdır», - Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb.


***


Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində bu gün saat 15:15-də kiçik serjant Arşak Vaqan Arşakyan ölümcül güllə yarası alıb.

Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya Ermənistan İstintaq Komitəsinə istinadən xəbər yayıb.

Qeyd edilir ki, hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq aparılır.

P.S. «Danışıqların alternativi yoxdur» sözünə qısa və dəqiq cavab budur. Azərbaycan torpaqlarındakı hər bir erməni əsgəri ölümə məhkumdur.