vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MUSİQİ  
12:11 | 15 may 2017 | Bazar ertəsi Məqaləyə 1804 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, sənət müsabiqəsi deyil...»

Qalmaqalla başlayıb, qalmaqalla bitən «Eurovision-2017»də Azərbaycan təmsilçisi 14-cü oldu

Xalidə GƏRAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 13-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən «Eurovision - 2017» beynəlxalq mahnı müsabiqəsi başa çatdı. Portuqaliya təmsilçisi Salvador Subral həzin ritmli «Amar Pelos Dois» mahnısı ilə yarışmanın qalibi olub. Təmsilçi ümumilikdə 758 xal toplayıb, onun 382 xalını münsiflərdən, 376 xalını isə tele-səsvermədən qazanıb.

Portuqaliya təmsilçisinin qəlib olması heç də gözlənilməz olmayıb. Çünki final gecəsindən əvvəl artıq favorit ölkələr arasında Portuqaliyanın adı çəkilirdi. Beləliklə, 63-cü «Eurovision» yarışması gələn il Portuqaliyada keçiriləcək. 615 balla ikinci sırada Bolqarıstan, 374 balla Moldova üçüncü sırada yer alıb. Azərbaycan isə yarışmada ümumilikdə 120 xalla 14-cü sırada yer alıb. Ölkəmizə 12 səs İtaliya, Portuqaliya ölkələrindən gəlib. Yunanıstan-10, Gürcüstan-10, Ukrayna-6, Bolqarıstan-5, Moldova-5, San Marino-5, Belçika-4, Macarıstan-4, Albaniya-2, Kipr-1, Polşa-1, İrlandiya-1 səs Azərbaycana verib. Tamaşaçı səsverməsi isə ölkəmizə əlavə 42 xal gətirib. Azərbaycan isə öz növbəsində 12 xalı Belarusa verib. O cümlədən Moldovaya-10, Portuqaliyaya-8, Ukraynaya-7, Polşaya-6, Yunanıstana-5, İsrailə-4 xal, Rumıniyaya-3, Bolqarıstana-2, Xorvatiyaya-1 xal verib. Ermənistan təmsilçisi isə 79 xalla 18-ci sırada yer alıb.

Bu il «Eurovison-2017» yarışmasında ölkəmizi Diana Hacıyeva »Skeletons» mahnısı ilə təmsil edirdi. Azərbaycan da favorit ölkələrin ilk sırasında olsa da, sonda 14-cü sırada yer aldı. Ümumiyyətlə, son illər Azərbaycan təmsilçiləri finalda o qədər də uğur qazana bilmir. Xatırladaq ki, 2011Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi olub. Ölkəmiz sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış edib. Həmin il müsabiqədə Fərid Məmmədov yarışmada ikinci yeri tutdu. Artıq 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütəmadi olaraq uğursuz çıxış edir. Belə ki, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, ötən il isə təmsilçimiz Səmra Rəhimli 17-ci sırada yer aldı.

Maraqlıdır, buna səbəb nədir, təmsilçilərimizin uğursuz çıxışları, yoxsa? «Yeni Müsavat»a danışan aparıcı, bəstəkar-müğənni Murad Arif mövzuya bu cür şərh bildirdi: «Burda bir çox faktorlar var. Bunlar, siyasi, kommersiya və Avropa faktorudur. Yəni burda sənətlə musiqidən söhbət gedə bilməz. Burda birincilik ya kəskin şəkildə seçilən bir mahnıya qismət olur, ya da hansısa maraqlardan irəli gəlir. Məsələn, ötən il Camalanın mahnısı bir o qədər güclü nömrə deyildi. Halbuki, rusiyalı təmsilçi Sergey Lazarevin mahnısı daha güclü və çox sevilirdi. Amma Ukraynanın siyasi bir mahnı ilə Rusiyanı üstələməsi «Eurovision» yarışmasının əsl simasını göstərir. Azərbaycan kimi ölkələrin də ilk illərdə marağı var idi ki, qalib olsun. Yəqin ki, ilk illər bizim marağımız var idi ki, ilk beşliyə düşmək, hər hansı bir yolla buna nail olurduq. Daha sonra isə Azərbaycanın diqqəti daha çox Avropa, İslam Oyunların yönəldiyi üçün «Eurovision»a maraq 4-5-ci dərəcəyə düşdü. Çünki bundan əvvəl bizə lazım olan qalibiyyəti biz əldə etmişik. Buna görə də bu müsabiqəyə o qədər də diqqət ayrılmır, həmin o yanğın, maraq yoxdur. Artıq bu yarışma bizim üçün lokal bir yarışmaya çevrilib. Bəlkə də bunun üstündən 4-5 il keçər, Avropa, İslam, «Formul-1» Oyunlarından sonra bu yarışmaya maraq yenidən artar. Amma bir daha qeyd edirəm ki, bu müsabiqə sənət müsabiqəsi deyil».

Xatırladaq ki, «Eurovision- 2017» hələ start götürmədən beynəlxalq qalmaqalın cənginə düşdü. Məlum olduğu kimi, Rusiyanı təmsil edən ifaçı vaxtilə işğal olunmuş Krımda konsert verdiyi üçün Ukrayna onu öz ölkəsinə buraxmadı. Müsabiqənin rəhbərliyi əvvəlcə buna görə Ukraynanı ev sahibliyini əlindən alacağı ilə hədələsə də, sonda yarışma lazımi qaydada Ukraynada keçirildi, Rusiya isə bu yarışmadan bu il kənarda qaldı. Rusiya bunun əvəzində ilk yarımfinal gecəsi zamanında təmsilçisi Yuliya Samoylova üçün Krımda möhtəşəm 9 May Qələbə Günü konserti təşkil etdi.

Digər ən böyük qalmaqal isə final gecəsində yaşandı. Belə ki, müsabiqənin final şousunda Camala səhnəyə çıxaraq çıxış edib. Bu zaman azarkeşlərdən biri, gənc oğlan Avstraliya bayrağı ilə oynaya-oynaya səhnəyə qalxıb. Oğlan Camalanın yanına gələrək qəfildən arxasını tamaşaçılara çevirib və şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal oğlanı səhnədən uzaqlaşdırıblar. Avstraliya tərəfi rəsmi qaydada vətəndaşın bu hərəkətinə görə üzr istəyib.