«Onlar beşinci kolon olmayıb»
Rusiya Azərbaycana ÜAK-ın yerinə yeni təşkilat yaratmağı təklif edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
«Mayın 15-də Rusiyada məhkəmənin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ləğv olunub. Olduqca xoşagəlməz hadisədir. Şübhəsiz, təsirli apelyasiya şikayəti hazırlamaq, hüquqi çərçivədə qərarın dəyişdirilməsinə nail olmaq lazımdır».
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevin virtualaz.org-un Moskva bürosuna daxil olan bəyanatında belə deyilir.
Rusiya deputatı öz bəyanatında, həmçinin yeni təşkilat yaratmağı təklif edib: “Madam ki, məsələ məhkəməyə kimi gedib, onda bu problemi Rusiya qanunvericiliyinə əsasən həll etmək lazımdır. Lakin mən bir məqamı qeyd etmək istəyirəm. İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur. İllərlə, onilliklərlə, əsrlərlə qurulan, qorunan bu münasibətlərə lokal bir hadisə xələl gətirməməlidir. Məsələni həll etmək mümkün olmayacaqsa, yeni təşkilat yaratmaq, onun formalaşmasında qanunu bütün dəqiqliyi ilə əsas götürmək və tam həcmdə Rusiyada yaşayan azərbaycanlıların ictimai birliyini bərpa etmək lazımdır.
Əminəm ki, nizamlı və keyfiyyətli işi bütün Rusiya və Azərbaycan vətəndaşları istəyər. Çünki xalqlarımız arasında dostluq hamımız üçün baza dəyəri olaraq qalır».
Yeri gəlmişkən, bu gün təxminən bu bəyanatın verildiyi dəqiqələrdə Milli Məclisdə müzakirələrdə Azərbaycanın bəzi deputatları ÜAK-ın bağlanma məsələsini siyasiləşdirməyə və bu hüquqi problemi Rusiya-Azərbaycan münasibətlərinin, necə deyərlər, üst qatına daşımağa çalışıblar. Məsələn, iclasda çıxış edən YAP icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda rus diasporu barəsində hökumət tərəfindən cavab ölçülərinin götürülməsinə çağırıb: “Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər».
S.Novruzovun çıxışı hökumətyönlü başqa deputat Elmira Axundova tərəfindən süngü ilə qarşılanıb: «Düzünü desəm, vəziyyətin belə şəkil alacağını gözləmirdim. Biz həmişə onunla fəxr edirdik ki, ən böyük rus diasporu bizdə yaşayır, bizdə 400 rus məktəbi və universitetlərdə bir çox rusdilli fakultə var, eləcə də rus dilində saytlar, qəzetlər fəaliyyət göstərir».
Bununla birlikdə, E.Axundova təxribatlardan, hansı ki, bizim bədxahlarımız istifadə edə bilərlər, çəkinməyə çağırıb: «Azərbaycanda bir sıra Qeyri-Hökumət Təşkilatının yenidən qeydə alınması barədə tələblər səsləndi, mən, məsələn, buna qarşıyam. Azərbaycanın rus icması, parlamentin deputatı Mixail Zabelin, «Sodrujectvo» cəmiyyəti heç vaxt Azərbaycanda beşinci kolon olmayıblar, onlar həmişə bizim dövlət maraqlarımızın müdafiəsi üzrə konkret addımlar atıb, təşəbbüs göstəriblər. Bunlar bizim vətəndaşlarımızdır, hansıları ki, biz müdafiə etmişik və edəcəyik».