Putinin 60 minlik «müsəlman ordusu»
Rusiya muzdlulardan ibarət «Turan» batalyonunu Suriyaya yeridir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
Rusiya əsasən Şimali Qafqaz respublikalarının nümayəndələrindən ibarət 60 minlik «müsəlman ordusu»nu Suriyaya yeritmək üçün hazırlayıb.
Virtualaz.org xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının «Al Watan» qəzeti «mötəbər mənbələrə» istinadla yazır. Bu ordu əsasən sünnü-müsəlmanlardan ibarətdir. Bildirilir ki, həmin qüvvələrinin bir qismi artıq hərbi polis qismində Hələbdə xidmət keçir. Palmira yaxınlığında, Barrada vadisində isə bir sıra keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət muzdlu «Turan» batalyonu yaradılıb.
«Business İnsider» nəşri isə Rusiyanı Suriyadakı hərbi iştirakını getdikcə artırdığını bildirir. Nəşrin yazdığına görə Suriyada Rusiya bazaları genişlənir, habelə Kremlin adından Bəşər Əsəd üçün döyüşən özəl hərbi şirkətlərin sayı artır. Diqqəti cəlb edən fakt budur ki, Suriyaya Çeçenistan və İnquşetiyadan yeni-yeni dəstələr göndərilir. Məqsəd İran döyüşçülərini sıxışdırmaqdır.
Xatırladaq ki, Rusiya Suriyada hava əməliyyatları ilə kifayətlənəcəyini və quruda döyüşlər aparmayacağını elan etmişdi. Lakin hava əməliyyatlarının gözlənilən nəticəni verməməsi Rusiyanı məcbur edib ki, Suriyaya həm xüsusi təyinatlılardan ibarət məhdud kontingent, həm muzdlulardan ibarət «özəl ordular» göndərsin.
Nəşrin yazdığına görə hazırda Moskva bütün Suriya boyu sünnü-müsəlmanlardan seçilmiş xüsusi təyinatlı quru qüvvələrini yerləşdirməkdədir.