vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ENERGETİKA  
22:50 | 17 may 2017 | Çərşənbə Məqaləyə 2363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... 31 faiz artım var

Bakı-Ceyhan kəməri ilə tranzit neftinin nəqlində ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin yanvar-aprel ayları ərzində magistral neft kəmərləri ilə 13 931,4 min ton neft nəql edilib. «Report»un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,1 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 880,1 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 118,1 min ton tranzit nefti də nəql edilib.

Bu ilin ilk 4 ayı ərzində magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz azalıb. BTC ilə nəql illik müqayisədə 7 faiz azalıb, tranzit neftinin həcmi isə 31 faiz artıb.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan «AÇG» nefti və «Şahdəniz» kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

«BTC Co.»-nun səhmdarları rolunda BP (30,10%), «AzBTC» (25,00 faiz), «Chevron» (8,90 faiz), «Statoil» (8,71 faiz), TPAO (6,53 faiz), «Eni» (5,00 faiz), «Total» (5,00 faiz), «Itochu» (3,40 faiz), «Inpex» (2,50 faiz), CIECO (2,50 faiz) və «ONGC (BTC) Ltd.» (2,36 faiz) şirkətləri çıxış edir.