Vaxt.Az

«Heç bir söz vermədik»


 

Amerika PKK və PYD-ni üzdü: «YPG ilə əlaqəmiz müvəqqəti və taktikidir»

«Heç bir söz vermədik» Amerika xarici işlər nazirliyində Avropa və Avrasiya işləri üzrə məsul məsləhətçisinin köməkçisi Conatan Kohen Amerikanın PYD/PKK terror təşkilatı ilə olan əlaqəsinin «müvəqqəti» və «taktiki» olduğunu söyləyib.

Conatan Kohen bu barədə Vaşinqtonda fəaliyyət göstərən düşüncə mərkəzi Orta Şərq İnstitutunda təşkil edilən «Amerika-Türkiyə Əlaqələrindəki Gərginliklər» başlıqlı panelə qatılaraq Amerika ilə PYD/PKK arasındakı əlaqələr haqqında danışıb.

«Müharibə mühitinin gətirdiyi şərtlər səbəbiylə YPG ilə əlaqəmiz var. Çünki Suriyadakı Suriya Demokratik Qüvvələri Rəqqanın (DAİŞ-dən) geri alınmasında əhəmiyyətli bir rola sahibdir. YPG ilə əlaqəmiz müvəqqəti və taktikidir», - deyə, Conatan Kohen bildirib.

Kohen, YPG ünsürlərinin Rəqqa əməliyyatı çərçivəsindəki hərəkətləriylə əlaqədar bir suala cavab verərkən deyib ki, «biz YPG-ə heç bir söz vermədik. Bu döyüşdədirlər, çünki bu döyüşdə olmağı istəyirlər. Özlərinə görə əlbəttə motivasiyaları var... İraq və Suriyadan tamamilə çıxarılana qədər Türkiyə və Amerika DAİŞ-ə qarşı birlikdə döyüşməyə davam edəcək. Terrorun hər cürünə qarşı türklərlə birlikdə mübarizə aparma xəttimizə bağlıyıq...».


«PKK Sincardan çıxacaq»


PKK terror təşkilatının Sincardakı varlığına da işarə edən Kohen, Mosulun qurtarılmasından sonra Amerikann həm İraq Kürd Muxtariyyatı, həm də mərkəzi İraq rəhbərliyi ilə əməkdaşlıq halında Sincar mövzusuna daha yaxından əyiləcəyini vurğulayaraq, PKK-nın «istər könüllü istərsə də başqa şəkildə» oradan çıxarılacağını ifadə edib.

Bundan başqa Kohen, Suriya və İraqdakı demoqrafik quruluşun dəyişdirilməsinə qarşı olduqlarını və yerli ünsürlərin öz gələcəklərinə qərar verməsinin lazım olduğunu sözlərinə əlavə edib.

 





21.05.2017    çap et  çap et