Vaxt.Az

MN-dən KİV-ə tövsiyə


 

«Dövlət sirlərinə həssaslıqla yanaşaq»

MN-dən KİV-ə tövsiyə Müdafiə Nazirliyi Azərbaycanın kütləvi informasiya vasitələrinə tövsiyə ünvanlayıb. Müdafiə Nazirliyinin saytı xəbər verir ki, Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır. Aparılan yerdəyişmələr rotasiya qaydasında «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib.
Bununla yanaşı, Müdafiə Nazirliyi ölkənin kütləvi informasiya vasitələrinə müraciət edərək onlara bəzi tövsiyələr ünvanlayıb: «Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir».
 





07.01.2014    çap et  çap et