Vaxt.Az

Raket və Artilleriya birləşmələri təlim keçirir


 

Təlimlərdə PUA-dan istifadə olunur

Raket və Artilleriya birləşmələri təlim keçirir Azərbaycan Silahlı Qüvvələri Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatlıda deyilir.

Mətbuat xidməti bildirir ki, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Xəbərdə deyilir ki, təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.

 





29.05.2017    çap et  çap et