Vaxt.Az

880 nəfər imtahana gəlməyib


 

Sınaq imtahanlarının nəticələri açıqlandı

880 nəfər imtahana gəlməyib Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini mayın 31-də saat 17:35-dan etibarən elan edib.

VAXT.AZ xəbər verir ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 24584 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 5 abituriyentin imtahan nəticələri ləğv edilib. 

Qeyd edək ki, iyunun 11-də keçiriləcək növbəti sınaq imtahanına yazılış davam edir.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı «Şəxsi kabinet»in «Sınaq imtahanı üçün ödəmə kartlarının alınması» bölməsinə daxil olaraq «Sınaq imtahanı» ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində «YENİ İSTİFADƏÇİ» kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

 





31.05.2017    çap et  çap et