Vaxt.Az

Güneydə fəhlə inqilabı yetişib


 

İşçilərinin 91 faizdən çoxunu ixtisar edən zavod qalan 9 fazin də maaaşını verə bilmir

Güneydə fəhlə inqilabı yetişib İyunun 11-də Təbrizdə Azərbaycan Sənaye İnkişafı Zavodunun işçiləri il yarımdır əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər. Zavodunun həyətində keçirilən aksiyada təxminən 40 işçi iştirak edib. Onlar il yarım ərzində yalnız bir neçə dəfə kiçik məbləğdə pul aldıqlarını iddia ediblər.

İşçilərin siğorta haqlarının ödənilməsində də problemlər yaranıb. Hətta Təmini İctimai İdarəsi son aylarda işçilərin tibbi siğortalarının müddətini uzatmaqdan imtina etdiyi bildirilir.

«Kaneks (dəmirdən hazırlanmış evlər), kombayn və onların hissələrini istehsal edən zavodun 6 il öncə təxinən 500 işçisi olub, hazırda işçilərin sayı 44 nəfər enib. Bütün bunlar maliyyə problemləri ilə bağlıdır», - deyə aksiya keçirən işçilərdən biri deyib.

Qeyd edək ki, İranda bütün türk bölgələrində iqtisadi tənəzzül getdikcə dərinləşir. Buna səbəb iş adamlarının bölgəyə hakim kəsilən iqtisadi gərginlikdən dolayı məntəqəni tərk etməsi və bölgəyə dövlət tərəfindən sərmayə yatırılmamasıdır. Zavodların bağlanması, işçilərin əmək haqlarının gecikdirilməsi vəya onların işdən çıxarılması əksdər halda bölgədə hökm sürən yoxsulluq və iqtisadi durğunluqla əlaqədardır.

 





12.06.2017    çap et  çap et