Vaxt.Az

Ölü sayı 12-yə, yaralı isə 78-ə çatdı


 

London Ambulans Xidməti məlumat yaydı

Ölü sayı 12-yə, yaralı isə 78-ə çatdı Londonun qərbindəki yaşayış binasında çərşənbə axşamı gecə saatlarından səhərə qədər baş vermiş yanğında ən azı 12 nəfər ölüb və 78 nəfər xəsarət alıb, təcili yardım xidmətlərinin rəsmiləri bildirib.

Hadisə yerinə gələn yanğın söndürmə xidmətinin əməkdaşları binanın sakinlərini «böyük sayda» xilas edib.

London Ambulans Xidməti 78 nəfərin xəstəxanalarda müalicə aldığını və onlardan 18-in vəziyyəti ağır olduğunu bəyan edib.

24 mərtəbəli binanın bəzi mərtəbələrində hələ də yanğın davam edir və onun aşmaq təhlükəsi barədə qorxular var.

Hazırda 12 itkin düşmüş şəxs barədə məlumat media və sosial şəbəkələrdə yayılıb.

 





15.06.2017    çap et  çap et