Vaxt.Az

Helmut Kol vəfat etdi


 

Almaniyanı birləşdirən şəxs dünyadan ayrıldı

Helmut Kol vəfat etdi Almaniyanın sabiq kansleri Helmut Kol dünyasını dəyişib. 87 yaşlı Almaniya lideri soyuq müharibə dövründə ölkənin yenidən birləşməsinə nail olmuşdu. Onun Xristian Demokratik Birlik Partiyası liderlərinin ölümü ilə bağlı Twitter hesabında dərin kədərini ifadə edib.

Almaniyanın Bild qəzeti Kolun cümə günü evində vəfat etdiyini yazıb.

Kol 1982-1998-ci illər ərzində kansler vəzifəsində çalışıb.

16 illik xidməti dövründə o, Berlin divarının yıxılmasına nail olub.

ABŞ-ın sabiq prezidenti Bill Klinton onu bir zamanlar İkinci Dünya Müharibəsindən sonra Avropanın ən mühüm dövlət adamı adlandırmışdı.

 





16.06.2017    çap et  çap et