Vaxt.Az

Əfqan hərbçi sülhməramlılara atəş açıb


 

İki nəfəri yaralayan şəxs öldürülüb

Əfqan hərbçi sülhməramlılara atəş açıb Şənbə günü bir Əfqanıstan hərbçisi ölkənin şimalında yerləşən hərbi bazada xarici əsgərlərə atəş açıb. Hücumda bir neçə ABŞ hərbçisi yaralanıb.

Bir rəsmi Bəlx vilayətində yerləşən Şahin hərbi bazasında baş verən hücumu BBC-ə təsdiqləyib.

Lakin ABŞ hərbi qərargahının sözçüsü Amerika əsgərlərinin ölümü barədə ilkin xəbərlərin səhv olduğunu bildirib.

O, hücumda bir neçə ABŞ hərbçisinin yaralandığını deyib.

NATO-nun rəhbərlik etdiyi «Resolute Support» missiyası yerli vaxtla saat 14:00-da baş verən hücumda bir Əfqanıstan hərbçisinin öldüyünü və başqa birinin yaralandığını bildirib.

Qeyd edək ki, Şahin hərbi bazası aprel ayında silahlı qruplar tərəfindən hədəflənnmişdi. Bu hücumda 100-dən çox Əfqanıstan hərbçisi həlak olmuşdu.

Adıçəkilən baza 209-cu korpusa məxsusdur.

 





17.06.2017    çap et  çap et