Vaxt.Az

London yanğının itkiləri kəskin arta bilər


 

Polis itkin düşən azı 58 nəfəri ölmüş hesab edir

London yanğının itkiləri kəskin arta bilər «Grenfell Tower» yanğınında itkin düşmüş 58 nəfərin öldüyü ehtimal edilir, polis deyib. Londonun qərbində çərşənbə günü baş vermiş yanğında ölümü təsdiqlənmiş 30 nəfər sonuncu rəqəmə daxildir.

Komandir Stuart Kandi (Stuart Cundy) ölənlərin sayı «arta bilər» deyib və «mürəkkəb» axtarış əməliyyatının həftələr çəkə biləcəyini bildirib.

O, polisin yanğında həlak olanların cəsədlərini «mümkün olduqca tez» tapacağını deyib.

BBC-də olan məlumata əsasən itkin düşən şəxslərin sayı təxminən 70 ola bilər.

Binada keçirilən axtarış əməliyyatına cümə günü təhlükəsizlik yoxlamaları üçün fasilə verilib. Lakin şənbə günü axtarış əməliyyatı bərpa olunub, komandir Kandi deyib.

Şənbə günü həmçinin kraliça II Elizabetin doğum günüdür.

Ad günü mesajında, o, Mançester və London şəhərlərində son aylar baş verən fəlakətlər nəticəsində ölkədə «milli əhvalın hüznlü» olduğunu qeyd edib.

Xatırladaq ki, Londonun qərbindəki yaşayış binasında çərşənbə axşamı gecə saatlarından səhərə qədər baş vermiş yanğında ən azı 12 nəfər ölüb və 78 nəfər xəsarət alıb, təcili yardım xidmətlərinin rəsmiləri bildirib. Yaralılardan 18-nin vəziyyəti ağır olduğunu bildirilib.

 





17.06.2017    çap et  çap et