Vaxt.Az

Sağçıları və solçuları məğlub etdi


 

Makronun partiyası qələbə qazanıb

Sağçıları və solçuları məğlub etdi Aşağı seçki fəallığına baxmayaraq, Fransa prezidenti Emmanuel Makronun partiyası bu gün parlament seçkiləri uğrunda yarışlarda əksəriyyət əldə edib.

Fransanın mərkəzi prezidenti və onun İrəli, Respublika partiyası 577 yerlik Milli Assambleyada 355-lə 425 arasında yer əldə edib.

Makronun partiyası asanlıqla parlamentdə əksəriyyət təşkil edən sağçı və solçuları məğlub edib.

Beləliklə, Makron qarşısına qoyduğu əsas hədəflərə (ölkədə sərt əmək qaydalarını dəyişmək, dövlət sektorundakı on minlərlə iş yerini ixtisar etməyə) nail ola bilər.

39 yaşlı Makron bir ay öncə prezident seçkilərində ifrat sağçı Marin Le Pen üzərində qələbə çalıb.

Makron siyasi dəyişikliklər vədləri ilə prezident seçkilərində qalib gəlib. O, seçki kampaniyası dövründə deyirdi ki, indiki siyasət dəyişməli, xalqa daha yaxın və tərəqqiyə meylli olmalıdır.

Bu parlament seçkiləri Fransanın yeni prezidenti üçün çox əhəmiyyətli idi. 8000-ə yaxın namizəd Fransa parlamentindəki 577 yer üçün rəqabət aparıb.

Onun yenicə formalaşdırdığı İrəli, Respublika (Republic on the Move) partiyasının Milli Assambelaydakı yerlərin 80 faizini, 577 yerin 470-ni qazanacağı proqnozlaşdırılırdı.

 





19.06.2017    çap et  çap et