Məlumatda qeyd olunur ki, bu ölkələrə getmək istəyən sərnişinlər Oman və Küveytdən yola düşə bilərlər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bir neçə digər ölkə də Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.