Vaxt.Az

Brüsseldə partlayış törətmiş şəxs güllələnib


 

Hadisədən öncə ərəbcə «Allahu Əkbər» qışqırığı eşidilib

Brüsseldə partlayış törətmiş şəxs güllələnib Brüssel Mərkəzi Stansiyasında patrul çəkən təhlükəsizlik qüvvələri kiçik partlayışdan sonra insidenti törətməkdə şübhəli bilinən şəxsi «neytrallaşdırıblar». Polis sözçüsü başqa heç kəsin xəsarət almadığını deyərək, situasiyanın nəzarətdə olduğunu bildirib.

O, mediada neytrallaşdırımış şəxsin partlayıcı gödəkçə geydiyini təsvir edən məlumatları təsdiqləməyib. Güllələnmiş şəxsin sağ qaldığı bəlli deyil.

Baş Nazir Çarlz Mişel «Twitter»dəki mesajında insanları rəsmilərin təlimatlarına qulaq asmağa çağırıb.

Stansiya və ona yaxın şəhərin qədim mərkəzi polis tərəfindən boşaldılıb. İsti yay axşamlarında buralar adətən müsafirlərlə dolu olur.

Şahidlər Belçika mediasına ərazidə təhlükəsizlik perimetri qurulduğunu deyir.

«Het Laatste Nieuws» tabloid qəzeti şahidlərə istinadən partlayışı törətməzdən öncə hücumçunun ərəbcə «Allahu Əkbər» qışqırdığını xəbər verib.

Deyilənə görə əsgərlər dərhal həmin əraziyə doğru qaçaraq kişini güllə ilə vurublar.

Deyilənlər müstəqil mənbələr tərəfindən hələlik təsdiq olunmayıb.

Brüsseldə qərargahlanan İŞİD militantları Parisdə 130 adamın ölümü ilə nəticələnən hücum, Brüssel aeroportunda və şəhər metrosunda partlayış törətdikdən bəri 18 aydır ki, şəhər yüksək sayıqlıq vəziyyətindədir.

 





20.06.2017    çap et  çap et