Vaxt.Az

Səudiyyə kralı varisini dəyişdi


 

Keçmiş vəliəhd bütün postlarını itirib

Səudiyyə kralı varisini dəyişdi Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud varis şahzadəni dəyişib.

BBC xəbər verir ki, Məhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Məhəmməd bin Salman əl-Səud təyin edilib.

Şahzadə Məhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub. O, müdafiə naziri vəzifəsini də icra edəcək.

Məhəmməd bin-Naif əl-Səud varis titulundan məhrum edilməklə yanaşı, baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.

 





21.06.2017    çap et  çap et