Vaxt.Az

Formula 1 yarışları başlayır


 

Sərbəst yürüşlər 23-24, əsas isə 25 iyunda olacaq

Formula 1 yarışları başlayır Cümə günü Azərbaycanda Formula 1 Grand Prix yarışları start götürüb. Bu yarış ikinci ildir ki Azərbaycanda keçirilir. İyun ayının 23 və 24-də Bakıda sərbəst yürüşlər keçiriləcək. Yarışın əsas hissəsi isə iyunun 25-də olacaq.

Cümə günü, yarış çərçivəsində Bakı şəhər halqasında həmçinin Formula-2 yarışı üzrə də sərbəst yürüşlərə start verilib, AzərTAc dövlət agentliyi yazır.

Azərbaycanda Formula-2 yarışının 7-ci və 8-ci mərhələləri təşkil edilir və yarışlarda 21 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı isə 2 pilot təmsil edir.

Bakıda Formula 1 Grand Prix yarışları ilk dəfə 2016-cı ildə keçirilib və həmin yarışın qalibi italiyalı pilot Antonio Giovinazzi olub.

Azərbaycan təşkilatçıları Formula 1 Grand Prix yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. Ötən ilin fevralında gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu yarışlar Azərbaycanda 5 il «məcburi» keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycan müqavilənin ilk 5 ili məcburidir. Əks halda ölkə cərimə oluncaq.

Yarışlar Bakının mərkəzi küçələrində keçirilir. Bu səbəbdən həmin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 





23.06.2017    çap et  çap et