Onun sözlərinə görə, iki ölkə rasında hərbi-strateji əməkdaşlığın əsasları yaradılıb.
«İsraildə əminlik var ki, Azərbaycana göndərilən müasir silah sistemləri dost olmayan və «problemli» ölkələrin əlinə düşməyəcək. Zaman göstərib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Düşünürəm ki, əməkdaşlıq, eyni zamanda, hərbi sahədə əməkdaşlıq yalnız genişləndiriləcək», - həmsöhbətimiz deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan istənilən ən yeni İsrail silahını əldə edə bilər.
«Aramızda müxtəlif strateji məsələlər üzrə tam qarşılıqlı anlaşma var. İsrail silahının Azərbaycana satışı ölkələrimiz arasında strateji tərədfdaşlığın yalnız bir hissəsidir», - o bildirib.