Vaxt.Az

«Baha başa gələ bilər»


 

ABŞ-dan Suriyaya «Potensial» kimyəvi hücumla bağlı xəbərdarlıq

«Baha başa gələ bilər» ABŞ Suriyada növbəti kimyəvi hücuma «potensial hazırlığın» müəyyənləşdirildiyini bildirərək Suriya hökumətinə xəbərdarlıq edib.

Ağ Ev bildirir ki, hazırkı fəaliyyət aprel ayında şübhəli kimyəvi hücumdan əvvəl keçirilən hazırlıqlara bənzəyir.

Aprel ayında onlarla insanın ölümünə səbəb olmuş hücum ardınca prezident Trampın əmrilə Suriya bazasına raket zərbələri endirilmişdi.

ABŞ xəbərdarlığında deyilir ki, hücum prezident Bəşər Əsədə «baha başa gələ bilər».

Aprel ayında İdlib əyalətində şübhəli qaz hücumu nəticəsində 80 nəfər həlak olmuşdu.

 





27.06.2017    çap et  çap et