Vaxt.Az

7 müqəddəs rəqəmdir


 

17-ci ilin 7-ci ayının 7-də 7 türk dövləti bir araya gəlir

7 müqəddəs rəqəmdir 07 İyul 2017-ci il tarixində İstanbulda Böyük Türk Birliyi Qurultayı keçiriləcək.

Qurultayda 7 dövlət bir millət devizi altında 7 müstəqil türk dövlətinin elm, sənət adamları, vətənpərvərləri iştirak edərək bu birliyin təməlini quracaq və Böyük Türk Birliyinin yaradılması yolunda ilk böyük addımı atacaqdır.

Hər kəsin könüllü iştirak edə biləcəyi bu möhtəşəm toplantıda bir zamanlar tarixə damğa vurmuş türk millətinin gücü, bu gücün birlikdən doğan yeniləzliyi nümayiş olunacaq.

Damarında türk qan axan hər kəs bu birliyə səs versin, səs versin ki, təklənib yeni Xocalılar olmasın,yeni Şuşalar və s. itirilməsin. Dünya türkün varlığını etiraf etsin.

Qeyd edək ki, qurultay 07.07.2017-də İstanbulda, Böyük Çəkməcə, Halkalı məhəlləsi, Yahya Kamal Bəyatlı göstəri mərkəzində saat Türkiyə vaxtı ilə 14.30-da başlayacaq.

 





05.07.2017    çap et  çap et