Vaxt.Az

Girməyə siçan dəliyi axtaran düşmən


 

Ermənistan ordusu mövqelərinin darmadağın edilməsinin görüntüləri yayıldı

Girməyə siçan dəliyi axtaran düşmən Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri endirib.

Nazirlik atəş zərbələrinin əks olunduğu kadrlar yayıb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun zərbələri nəticəsində verdiyi itkilərin bir hissəsini təsdiq edib.

Virtualaz.org bildirir ki, erməni KİV-in Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydığı sitatda deyilir: «Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində hərbi qulluqçular Robert Novruzoviç Qasparyan (1969), Ambartsum Karapetoviç Arutunyan (1997) və Vaqe Qaqikoviç Badalyan (1998) müxtəlif dərəcəli qəlpə yaraları alıblar».

 





07.07.2017    çap et  çap et