Vaxt.Az

Separatçılar qaçaqmalçılıqla «mübarizə aparır»


 

Rusiya və erməni sərhədçiləri sərhədi pozanların Qarabağa keçmək cəhdinin «qarşısını aldılar»

Separatçılar qaçaqmalçılıqla «mübarizə aparır» Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçiləri bu gün birgə hərbi təlimlərə başlayıblar. «Sputnik»ə istinadən bildirir ki, hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların «Dağlıq Qarabağ Respublikası»na keçməsinin qarşısının alınması ssenarisi sınaqdan keçirilib.

«İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb», - deyə Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, 1992-ci il 30 sentyabr tarixində imzalanan müqaviləyə əsasən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini rus hərbçiləri qoruyur.

Onu da xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd idarəsinə dörd sərhəd dəstəsi və Yerevan beynəlxalq aeroportu Zvartnosda fəaliyyət göstərən ayrıca nəzarət-buraxılış məntəqəsi daxildir.

 





10.07.2017    çap et  çap et