Vaxt.Az

«Putin 30 diplomatını xaric etməyə hazırdır»


 

Rusiya-ABŞ arasında gərginlik artır

«Putin 30 diplomatını xaric etməyə hazırdır» Rusiya ABŞ sanksiyalarına cavab olaraq təxminən 30 ABŞ diplomatını ölkədən xaric edib, ABŞ əmlakını müsadirə etməyə hazırdır, Rusiya rəsmiləri deyib.

Rusiyanın İzvestiya qəzetinin məlumatına görə, bu xəbərdarlıq Rusiya Xarici İşlər Nazirliyində yerləşən mənbələrdən qəlib. Son zamanlar digər Rusiya rəsmiləri bənzər xəbərdarlıqlar səsləndiriblər.

Dekabr ayında Obama administrasiyası 35 Rusiya diplomatını arzuolunmaz şəxs elan edərək ABŞ-dan xaric etmişdi.

Eyni zamanda ABŞ-da yerləşən 2 kəşfiyyat mərkəzini bağlatmışdı.

Bu addımlar Rusiyanın ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsinə cavab kimi təqdim edilmişdi.

Bundan əvvəl də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi.

O zaman, ABŞ kəşfiyyatı Hillari Klintonun prezident kampaniyasını zəiflətmək üçün Demokratlar Partiyasına qarşı haker hücumunun arxasında Rusiyanın olduğunu idda etmişdi. Sabiq ABŞ prezidenti Barak Obama bu məlumatı aldıqdan sonra Rusiyaya qarşı tədbirlər həyata keçirmək qərarını vermişdi.

Rusiya prezidenti Vladimir Putin Obama dövründən qalmış sanksiyalar barədə ABŞ Prezidenti Donald Trampa iyulun 7-si Hamburq şəhərində keçirilən görüşdə şikayət edib, İzvestiya yazır.

 





11.07.2017    çap et  çap et