Vaxt.Az

«Aİ Türkiyənin vaxtını alır»


 

Prezident Ərdoğan BBC-yə müsahibəsində: «Artıq türklərin əksəriyyəti ittifaqa üzvlüyü istəmir»

«Aİ Türkiyənin vaxtını alır» «Avropa İttifaqı (Aİ) bizim üzvlüyə qəbul edilmənin mümkün olmasını bildirsə idi, Türkiyə «rahatlardı», - Rəcəb Tayyib Ərdoğan BBC-yə müsahibəsində deyib.

«HARDtalk» (Ağır söhbət) proqramının aparıcısı Zeynəb Bədəvi (Zeinab Badawi) ilə söhbət edən Türkiyə lideri ölkəsinin «öz ayaqları üzərində» durmağa qadir olduğunu bildirib.

O, həmçinin 150 jurnalistin məhbəsə atıldığını danaraq mətbuat vəsiqəsinə sahib olan yalnız iki nəfərin həbsdə olduğunu vurğulayıb.

 

İfadə azadlığı

 

Rəcəb Tayyib Ərdoğanın bəyanatı «Amnesty İnternational» təşkilatının yerli direktoru ilə yanaşı daha 9 nəfərin həbs müddətinin uzadılmasından sonra səslənir.

İdil Eser və daha 7 fəal və iki əcnəbi təlimatçı 5 iyulda keçirilən rəqəmsal və İT idarəçiliyi üzrə təlimlər vaxtı saxlanılıb.

Qrup «silahlı terrorçu təşkilata» üzvlükdə ittiham olunur. «Amnesty İnternational» bildirir ki, söhbətin hansı təşkilat haqqında getdiyi qeyri-aydındır.

Son həbslər Türkiyədə ifadə azadlığının təhlükə altında olduğu barədə narahatlıqlara zəmin yaradıb.

Türkiyə liderinin sözlərinə görə onun ölkəsi sözünə sadiqdir.

 

B və C planı

 

«Əgər Aİ «Biz Türkiyəni qəbul edə bilmərik» deyərsə, biz B və C planlarını işə salarıq», - Ərdoğan deyib.

«Bizim üçün Avropa İttifaqı əvəzedilməz deyil... Biz rahatıq.

İlk dəfə baş nazir olanda Türkiyə Avropa İttifaqı liderlərinin sammitində sakit inqilabı başa vuran bir ölkə kimi səciyyələndirilmişdi. Hazırda isə həmin Aİ bizi liderlər sammitinə artıq dəvət etmir. Onlar həmçinin bizim vaxtımızı itirir».

Türkiyə prezidentinin sözlərinə görə türklərin əksəriyyəti «artıq Aİ üzvlüyünü istəmir», və Türkiyə qarşı «qeyri-səmimi» münasibət olduğuna inanır.

«Bunlara rəğmən biz Aİ-ə qarşı daha bir müddət səmimi olmaqda davam edəcəyik», - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

«Görək bu nə ilə başa çatacaq».

 





12.07.2017    çap et  çap et