Vaxt.Az

«Yağışdan çıxıb yağmura düşdük»


 

İran sosial mediadan yaxa qurtarmağın yollarını axtarır

«Yağışdan çıxıb yağmura düşdük» İranın kommunikasiya və informasiya texnologiyaları üzrə naziri yerli sosial şəbəkələrə üstünlük verdiyini deyib. «Yaxşı material, yerli istehsal olan tətbiqlər və proqramlara dair iranlıların ehtiyaclarını təmin etməyə səy göstəririk. Xarici sosial medianı istifadə edən iranlılarda maraqlı deyilik», - BBC Monitoring Mahmud Vaezidən iqtibas gətirib.

Nazirin sözlərinə görə İran son dörd il ərzində bir çox sosial media platformalarını bloklayıb. Lakin bunun ardınca istifadəçilər dərhal başqa şəbəkələrə keçib.

«Çinin «WeChat»nın bloklanmasından cəmi 24 saat sonra insanlar «WhatsApp»a keçdilər. Bu «WeChat» menecmentilə müzakirə aparılarkən baş verdi. Lakin «WhatsApp» Amerika brendidir. Belə ki, biz yağışdan çıxıb yağmura düşdük».

Vaezi bildirir ki, insanlar «Viber»dən «Telegram»a keçdilər:

«Lakin onlar siyasi kanalları bağlamır», - Mahmud Vaezi deyib.

İranlı nazir dörd yerli sosial media platformasının artıq hazır olduğunu qeyd edib. Onun dediyinə görə onlardan bəzilərinin artıq 2 milyon istifadəçisi var.

Mahmud Vaezi bu səpkidə danışaraq «Salam», «Sourush», «Wispi» və «BisphonePlus» şəbəkələrini qeyd edib.

«Biz bu şəbəkələrdə reklama izn vermək üçün istifadəçi sayının 3 milyona çatmasını gözləyirik».

Nazirin sözlərinə görə 5 milyondan artıq istifadəçiyə malik platforma maliyyə əməliyyatları apara biləcək.

«Biz gözləyirik ki, yerli şəbəkələr normal fəaliyyətə qadir olduqlarını isbat etsinlər və biz xarici sosial mediadan yaxa qurtarmağın müəyyən yollarını tapacağıq».

Prezident Ruhani müxtəlif siyasi hərəkatların təsir imkanlarını məhdudlaşdırmaq istəyir, Mahmud Vaezi deyib.

«Müxtəlif qruplar prezident Həsən Ruhaninin seçki qələbəsində öz rolunu önə çəkir. Lakin prezident heç kəsə borclu deyil».

Ötən il İranda «milli internet»in yaradılmasına dair planın ilk mərhələsinin başa çatdığı elan edilib.

Hakimiyyətə əsasən daxili şəbəkəyə (intranet) dair təşəbbüs interneti daha səmərəli, təhlükəsiz etməklə xərcləri də azaldacaq. Lakin tənqidçilərə görə əsas məqsəd İnternet üzərində nəzarəti gücləndirməkdir.

 





18.07.2017    çap et  çap et