Vaxt.Az

Sumqayıtda daha bir kütləvi zəhərlənmə...


 

12 nəfər bu dəfə qazdan zəhərlənib

Sumqayıtda daha bir kütləvi zəhərlənmə... Sumqayıtda kütləvi zəhərlənmə baş verib. Bu barədə Modern.az-a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının müalicə işləri üzrə müavini Mirnazir Muxtarov məlumat verib.

Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə baş verib. Belə ki, axşam 23:40 radələrindən, 03:45-ə qədər 12 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib.

Zəhərlənənlərdən 11 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Mətanət Hacı qızı Abdullayevanın vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib və sonradan o da evə buraxılıb.

Məlumata görə, həmin şəxslər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan müəssisələrdən birinin qarşısından keçərkən qazdan zəhərləniblər.

 





19.07.2017    çap et  çap et