Vaxt.Az

Avropalılar qorxuya düşdü


 

Rusiya atom sualtı gəmisini Baltik dənizi sahillərinə yaxınlaşdırdı

Avropalılar qorxuya düşdü Rusiya silahlanma yarışındakı atdığı addımlarla dünyanı qorxutmağa davam edir. Təsadüfi deyil ki, Qərb mətbuatında Rusiyanın hərbi potensialı və gözlənilməz hərbi-strateji üstünlükləri barədə silsilə yazılar dərc edilir.

Rusiya hava hücumundan müdafiə sistemləri, qitələrarası ballistik raketləri, tank istehsalına görə dünyada öndə gedən ölkələrdən biri, bəlkə də birincisidir.

Rusiya növbəti dəfə Avropada heyrətə və qorxuya səbəb olacaq addım atıb. Belə ki, Rusiyanın nəhəng sualtı gəmisi Baltik dənizində görünüb.

Modern.az saytının Qərb KİV-lərinə istinadən məlumatına görə, bu gəmi Rusiya Şimal Donanmasına məxsusdur və o iyulun 30-da Sankt-Peterburqda keçiriləcək hərbi-dəniz paradında iştirak etmək üçün Baltik dənizindən yola düşüb. Onun keçdiyi marşrutlardan biri də Almaniya sahilləri olub.

Baltik çimərliklərində olan turistlər müşahidə ediblər ki, dənizdə nəhəng qara bir şey hərəkət gedir.

Məlumata görə, Rusiyaya tərəf hərəkət edən bu nəhəng atom sualtı gəmisinin fonunda dənizdə olan digər gəmilər, qayıqlar oyuncaq kimi görünüblər. 

Turistlərin heyrətinə səbəb olan isə, məşhur «Dmitri Donskoy» strateji təyinatlı atom sualtı gəmisidir. Onun uzunluğu 172 metrdir, gəminin ekipajı isə 150-180 nəfər arasındadır. Bu gəmi qitələrarası ballistik raketlərlə silahlanıb.

 





25.07.2017    çap et  çap et