Vaxt.Az

«Azərbaycana da siqnaldır»


 

Keçmiş müdafiə naziri: «Rusiyanın maraqları yalnız Gürcüstanla məhdudlaşmır»

«Azərbaycana da siqnaldır» «İşğal altında olan Gürcüstan ərazilərində Rusiyanın hərbi manevrlərini və irəliləməsini bütün region, o cümlədən Azərbaycan və İran üçün siqnal kimi qiymətləndirmək olar», - «Gürcüstan-Onlayn» nəşri bildirir ki, bunu Gürcüstanın keçmiş müdafiə naziri, nüfuzlu «İslahatçılar klubu»nun qurucusu Dmitri Şaşkin deyib.

Gürcüstanın hökumət KİV-i xəbər verir ki, Dmitri Şaşkin uğurlu və nüfuzlu dövlət xadimi kimi qəbul edilir.

«Rusiyanın maraqları yalnız Gürcüstanla məhdudlaşmır», - Şaşkin bildirib. Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycan üçün siqnaldır. Keçmiş nazirin fikrincə, Rusiyanın əsas məqsədi Ermənistandakı «Gümrü» bazasına dəhliz açmaqdır.

Xatırladaq ki, Gürcüstan XİN və DTX Rusiya Silahlı Qüvvələrinin Gürcüstanın işğal edilməmiş ərazilərinə doğru – Kasp rayonunun Karapila kəndi istiqamətində irəliləməsi barədə bəyanat veriblər. Bakı-Supsa neft kəmərinin bir hissəsi rusiyalı hərbçilərin nəzarəti altına keçib.

Briqada generalı Amiran Salukvadze Gürcüstan KİV-ə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ dövründə mövcud olmuş «sərhəd»i bərpa etmək istəyirlər.

 





25.07.2017    çap et  çap et