Vaxt.Az

Fars körfəzində insident


 

ABŞ hərbi gəmisi İran gəmisinə atəş açdı

Fars körfəzində insident ABŞ hərbi gəmisi ona 130 metr məsafəyə qədər yaxınlaşmış İran gəmisi istiqamətində xəbərdarlıq atəşi açıb. Virtualaz.org-un məlumatına görə, bu barədə ABŞ nümayəndəsi bəyan edib.

Məlumata görə, insident Fars körfəzinin şimal hissəsində baş verib.

Bildirilir ki, İran İnqilab Keşikçiləri Korpusuna məxsus olduğu ehtimal edilən gəminin ekipajı atəşdən əvvəl  xəbərdarlıqlara cavab verməyib. Atəşdən sonra isə Amerika gəmisindən uzaqlaşsa da, daha bir neçə saat həmin zonanı tərk etməyib.

Hadisə ilə başqa detallar hələ açıqlanmayıb.

 





25.07.2017    çap et  çap et