Vaxt.Az

«Pejak» Qərbi Azərbaycanda at oynadır


 

Terrorçuları bu dəfə Qərəzyaləddinin mənətəqəsindəki Babilabad kəndinin kəndxudasını oğurlayıb

«Pejak» Qərbi Azərbaycanda at oynadır Qərbi Azərbaycan Əyalətinin Qərəzyaləddin məntəqəsində yerləşən Babilabad kəndinin dehyarı (kəndxuda) PKK terror qruplaşmasının İran qolu adlanan «Pejak» terrorçuları tərəfindən oğurlanıb. Terrorçuların oğurladığı dehyarın adının Məsud Əminipur olduğu bildirilir.

Kürd terror qruplaşmaları onların icazəsi olmadan hökumət işində işləyən və dövlət orqanları ilə əməkdaşlıq edən kürdləri xain adlandıraraq onlara müxtəlif formalarda təzyiq edirlər.

İran rəsmiləri hələlik yayılan xəbərlə bağlı heç bir açıqlama verməyiblər.

Son aylarda kürd terror qruplaşmaları Azərbaycanın qərb bölgəsində terror aktları törədərək bir neçə soydaşımızın ölümünə səbəb olublar. İran rejimi isə həmin terrorçuları əhaliyə tanıtdırma yerinə onları «silahlı quldurlar» adlandırır. Rejimi kontroldan çıxmamaq şərti ilə qruplaşmaların bölgənin kürdləşdirilməsi uğrunda apardıqları fəaliyyətlərinə göz yumur, bununla da Qərbi Azərbaycan Əyalətində planlaşdırdığı demoqrafik tərkibin dəyişdirilməsinə şərait yaradır.

İyulun 18-də Xoy şəhərinin Qotur məntəqəsində yerləşən Kəfçerin kəndində Əjdər Qurbani adlı bir kürd, ailəsi ilə birlikdə «Pejak» terrorçularının hücumuna məruz qalmışdır. 4 nəfərdən ibarət olan terrorçu qrup adını çəkdiyimiz kənd sakininin evinə hücum edərək onun ailə üzvləri, xüsusi ilə də həyat yoldaşını şiddətlə döyüb, bir miqdar nağd pul və qızıl boyunbağı götürdükdən sonra evi tərk ediblər.

Türrorçular törətdiyi cinayəti Əjdər Qurbaninin qruplaşma ilə əməkdaşlıq etmədiyi və onlara maddi yardım göstərmədiyi ilə izah ediblər.

Həmçinin İyunun 25-i yerli vaxtla gecə saat 2 radələrində Qərbi Azərbaycan Əyalətinin Poldəşt məntəqəsində yerləşən Zəkirli kəndində 8 «Pejak» terrorçusu Mustafa Firdosi adlı bir sərhədçinin evinə hücum edib, onu həyat yoldaşı və qızının gözü qarşısında gülləliyərək qətlə yetiriblər.

Kürd terror qruplaşmaları ilə hökumət qüvvələri arasında müxtəlif səbəblərə görə vaxtaşırı silahlı atışmalar baş verir.

 





29.07.2017    çap et  çap et