Vaxt.Az

«Poroşenko məndən ehtiyat edir»


 

Saakaşvili hakimiyyəti Avropa Məhkəməsi ilə hədələyib

«Poroşenko məndən ehtiyat edir» «Mən Ukrayna vətəndaşıyam və mütləq ora qayıdacağam». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bu bəyanatla çıxış edib. O, həmçinin ABŞ-ın müdafiəsinə ehtiyacı olmadığını deyib.

Bununla belə sabiq qubernator Ukraynaya qayıdacağı konkret vaxtı açıqlamayıb.

M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya mesaj göndərib: «Baş verənlər Poroşenkonun ehtiyat etdiyi güclü oyunçunun siyasi arenadan kənarlaşdırılmasından başqa bir şey deyil».

Qeyd edək ki, M.Saakaşvili prezident P.Poroşenko tərəfindən iyulun 26-da sənədlərindəki uyğunsuzluq səbəbindən vətəndaşlıqdan məhrum edilib. Bundan sonra o, hakimiyyəti Avropa Məhkəməsi ilə hədələyib.

 





02.08.2017    çap et  çap et