Vaxt.Az

Səudiyyədən şok qərar


 

Ər-Riyad Qırmızı dəniz sahillərində qadınların hicabsız gəzməsinə icazə verib

Səudiyyədən şok qərar Səudiyyə Ərəbistanı «dünya standartlarına uyğun» çimərlik quracaq. APA TV-nin məlumatına görə, Qırmızı dəniz sahilində yaradılacaq çimərlikdə qadınlar kişilərlə birgə və hicabsız istirahət edə biləcək.

Yarı müstəqil «vizasız özəl turistik bölgə»nin qurulması üçün Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu maliyyə ayıracaq. Çimərlikdə beynəlxalq standartlardakı qanunlar qüvvədə olacaq. Fonda rəhbərliyi şahzadə Məhəmməd bin Salmanda edəcək. Şahzadə eyni zamanda ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığını aradan qaldırmağa cavabdeh şəxsdir. Turizm islahatlarda önəmli yer tutur. Qırmızı dəniz layihəsindən 15 milyard dollarlıq gəlir əldə edilməsi gözlənilir.  Çimərlik 200 km-lik dəniz sahilini əhatə edəcək.

 





02.08.2017    çap et  çap et