Vaxt.Az

İdmanımızın Şahini


 

Güləşçimiz finalda ermənini udub dünya çempionu oldu

İdmanımızın Şahini Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. İlk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub.

50 kq çəki dərəcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib.

Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 

50 kq 

FİNAL - Şahin Muxtarov - Karen Zurabyan (ARM) 7:5

1/2 final -  Şahin Muxtarov - Aslan Minkailov (RUS) 3:2

1/4 final - Akbar Kenjebek Ulu (KGZ) - Şahin Muxtarov 0:10

1/8 final - Axtar Kieran İmran (CAN) - Şahin Muxtarov 0:12


60 kq 

1/8 final - Əli Rəhimzadə - Ravinder Ravinder (İND) 4:5

1/16 final - Əli Rəhimzadə - Ahmed Hassan Ahmed Mohamed (EGY) 4:1


74 kq 

1/16 final - Radik Valiev (RUS) - İsmayıl Abdullayev 7:1


96 kq 

1/16 final - Nishan Preet Randhava (CAN) - Alimaqomed Alixmayev
(güləşçimiz xəstələndiyi üçün görüşə çıxmayıb) 

 





02.08.2017    çap et  çap et