Vaxt.Az

Obama «baş kəşfiyyatçı» tapıb


 

ABŞ prezidenti pu posta köməkçisini təyin etmək istəyir

Obama «baş kəşfiyyatçı» tapıb ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna terrorizmlə mübarizə üzrə köməkçisi Con Brennanın namizədliyini irəli sürəcək. Lent.az-ın verdiyi məlumata görə, bu barədə «Associated Press» agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.Xatırladaq ki, Con Brennan 2011-ci il sentyabrın 11-də baş verən terror aktından sonra Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzə rəhbərlik edib. Con Brennanın namizədliyini Senat təsdiqləməlidir. General Devid Peterusun qalmaqallı istefasından sonra Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini onun müavini Maykl Morell həyata keçirir.
 





31.12.2012    çap et  çap et